featured-image-32119

Ukraynanın “Aleksandriya” klubu ilə vidalaşan Emil Mustafayev karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər.

Msport.az xəbər veirr ki, “Zirə” 21 yaşlı yarımmüdafiəçi ilə danışıqlar aparır.

Əslən azərbaycanlı olan futbolçu Ukrayna təmsilçisi ilə qarşılıqlı razılıq əsasında ayrılıb.

O, Azərbaycanın 21 yaşlılardan ibarət milli komandasında 3 oyun keçirdiyindən bizim çempionatda yerli statusunda çıxış edəcək.

Mustafayev sonuncu dəfə ötən il iyunun 7-də Finlandiya ilə matçda (3:0) U-21-in heyətində 71 dəqiqə oynayıb.

AYXAN 

Bənzər xəbərlər