featured-image-29721

“Zirə” bu gün Azərbaycan Premyer Liqasının 34-cü turunda “Kəpəz”i qəbul edir. Msport.az xəbər verir ki, meydan sahibləri ciddi itki ilə üzləşib.

Vladislav Kulaç zədələnərək  matçı davam etdirə bilməyib. Onun əvəzinə 17-ci dəqiqədə Toni Qomes oyuna daxil olub.

Hazırda qarşılaşmada 1-ci hissə gedir, hesab açılmayıb.

Qeyd edək ki, ukraynalı hücumçu “Zirə”yə yeni gələrkən də zədə almışdı. O, komandada debüt etməmişdən əvvəl məşqdə sıradan çıxmışdı.

AYXAN 

Bənzər xəbərlər