Zöhrab Gözəlbəyliyə beynəlxalq təyinat
Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyli yeni beynəlxalq təyinat alıb.
Msport.az xəbər verir ki, o, Çelenc kubokunun 1/32 final mərhələsinin matçlarında supervayzer olacaq.
Avropa Voleybol Konfederasiyasının təyinatına əsasən, Gözəlbəyli noyabrın 29-da və 30-da Bakıda qadın voleybolçular arasında keçiriləcək “Azərreyl” (Azərbaycan) – “Slaviya” (Slovakiya) matçlarında hakimlərin işinə qiymət verəcək.
“Voleybol Mərkəzi”ndə baş tutacaq oyunlarda ilk gün matçın birinci hakimi Hatice Ozmen Yıldız (Türkiyə), ikinci hakimi isə Simeon İvanov (Bolqarıstan) olacaqlar. İkinci gün isə türkiyəli Hatice Ozmen Yıldız ikinci hakim, serbiyalı Aleksandra Balandzic birinci hakim vəzifəsini yerinə yetirəcəklər.