featured-image-32368

“Qarabağ”ın aparıcı futbolçusu Abdullah Zubirin Avstriyada “Ferensvaroş”la yoxlama oyununda meydana çıxmamasının səbəbi bəlli olub.

Klubdan Msport.az saytına verilən məlumata görə, matçdan öncə keçirilən məşqdə fransalı yarımmüdafiəçinin ayağında ağrılar əmələ gəlib.

Həkimlərin tövsiyəsi ilə Qurban Qurbanov 31 yaşlı vingeri riskə atmamaq üçün onun adını oyunun iştirak ərizəsindən çıxarıb.

Futbolçunun zədəsinin ciddi olmadığı bildirilib.

Qeyd edək ki, “Qarabağ” – “Ferensvaroş” oyunu 3:3 hesabı ilə başa çatıb

Bənzər xəbərlər