featured-image-26879

Abdullah Zubir “Qarabağ”da 200-cü oyununu keçirib.

Msport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin yubileyi Premyer Liqanın XXVIII turunda “Şamaxı” ilə oyuna təsadüf edib.

Ağdam klubunun səfərdə 1:0 hesabı ilə qələbə qazandığı matçda fransalı futbolçu 90 dəqiqə meydanda olub.

Zubir Ağdam klubunda 200 oyunda 42 dəfə fərqlənib. O, Premyer Liqada 118 (31 qol), kubokda 16 (1 qol), avrokuboklarda 66 (10 qol) görüşdə şans qazanıb.

Qeyd edək ki, yarımmüdafiəçi 2018/19 mövsümündən “Qarabağ”da çıxış edir. Onun debütü 2018-ci il iyulun 11-də “Olimpiya” ilə Çempionlar Liqasının Sloveniyadakı görüşündə (1:0) gerçəkləşib.

Bənzər xəbərlər