featured-image-18977

Mərakeş millisinin baş məşqçisi Valid Reqraqi komandasının dünya çempionatındakı çıxışını dəyərləndirib. Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis 15 ildən sonra Afrika təmsilçisinin dünya çempionu olacağını deyib:

“Xorvatiya bizi ona görə məğlub etdi ki, onların böyük təcrübəsi var. Onlar birinci hissədə hesabda önə keçdilər və fasilədən sonra biz təzyiqi artıranda qapılarını qoriya bildilər. 3-cü yerə iddia etmək üçün 100 faiz bacarığını ortaya qoymalısan. Öz oyunçularımla fəxr edirəm, onlar sona qədər mübarizə apardılar.

Bütün bunları müzakirə edəndə bir daha görəcəyik ki, möhtəşəm komandalarla ən yüksək səviyyədə oynadıq. Bizim oyunlar əla keçdi. Göstərdik ki, Afrika yaxşıdır və biz səviyyə baxımından geridə deyilik. Fransa və Xorvatiya bizdən üstündür, lakin lap az. 15 ildən sonra Afrika təmsilçisi dünya çempionatını qazanacaq”.

Bənzər xəbərlər