17 yaşlı basketbolçu öldürüldü
Ukraynanın gənclərdən ibarət millisinin basketbolçusu Vladimir Yermakov Almaniyada faciəvi şəkildə dünyasını dəyişib.
Msport.az xəbər verir ki, bu barədə Kiyev Basketbol Federasiyası məlumat yayıb.
Düsseldorfda 17 yaşlı idmançı və onun dostu Artyom Kozaçenko küçədə bıçaqlanıb. Kozaçenko hazırda reanimasiyadadır.
İlkin ehtimala görə, onlara ərəb ölkələrindən olan şəxslər hücum ediblər.
Qeyd edək ki, hər iki oyunçu Almaniyada “ART Giants” klubunun gənclər komandasında çıxış ediblər.