"Qarabağ"ın oyunu ikinci, "Qalatasaray"ın matçı birinci oldu
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı müəyyənləşib.
Msport.az xəbər verir ki, “Qarabağ”ın Bakıda Polşanın “Rakuv” klubu ilə 1:1 hesablı heç-heçə etdiyi oyun siyahının ikinci pilləsində qərarlaşıb. Bakı Olimpiya Stadionundakı matçda tribunalarda 31 257 nəfər olub.
Ən çox azarkeş “Qalatasaray” – “Jalqiris” matçında qeydə alınıb. İstanbulda “Rams Park” stadionunda baş tutan qarşılaşmanı 41 505 tərəfdar izləyib
Qeyd edək ki, “Qarabağ” iki oyunun cəmində 3:4 (2:3, 1:1) hesabı ilə məğlub olaraq, Avropa Liqasının III təsnifat mərhələsinə yuvarlanıb. Azərbaycan çempionunun bu raunddakı rəqibi Finlandiya təmsilçisi HIK olacaq.







