featured-image-47643

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin oyunları davam edir. Msport.az xəbər verir ki, “Xəzri” – “Sərhədçi” matçından sonra son yarımfinalçı məlum olub.

“Sərhədçi” İdman Mərkəzində keçirilən görüşdə “Xəzri” 91:70 hesabı ilə qələbə qazanıb. Bu qalibiyyyətdən sonra ümumi hesab 2:1 “Xəzri”nin xeyrinə olub.

Qalib komandanın heyətində Ceremi Maklaflin 23 xal yığıb.

Qeyd edək ki, “Sabah” və “NTD İndiqo” klubları birbaşa yarımfinala yüksəliblər.

“Sabah” yarımfinalda “Xırdalan”la üz-üzə gələcək. “NTD İndiqo” isə finala gedən yolda “Xəzri” ilə qarşılaşacaq.

 

Bənzər xəbərlər