featured-image-47452

Azərbaycan Basketbol Liqasında pley-off oyunları davam edir. Msport.az xəbər verir ki, 1\4 final mərhələsinin ilk görüşündə “Xəzər” və “Sərhədçi” komandaları üz-üzə gəlib.

“Xəzər” rəqibini böyük üstünlüklə məğlub edib – 98:64. Qalib komandanın heyətində Ceremi Maklaflin 35 xal toplayıb.

 

Dünən pley-off mərhələsinin ilk oyununda “Xırdalan” “Neftçi”ni 80:75 hesabı ilə üstələyib.

2 may

19:30. “Neftçi” – “Xırdalan”

3 may

19:30. “Sərhədçi” – “Xəzri”

Qeyd edək ki, “Sabah” və “NTD İndiqo” klubları birbaşa yarımfinala vəsiqə qazanıblar.

Bənzər xəbərlər