featured-image-11471

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası bu gün AÇ-2023-ün seçmə mərhələsində növbəti görüşünü keçirəcək.

Msport.az xəbər verir ki, D qrupunda yer alan yığma Avstriyanı qəbul edəcək.

Bakıdakı Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşmaya saat 18:00-da start veriləcək. Görüşü türkiyəli Meryem Tekol Pelenk və serbiyalı Deyan Rogiçdən ibarət əsas hakimlər idarə edəcək. Qarşılaşma “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq.

İlk 2 turdan sonra Azərbaycanın 6 xalı var. Hər iki görüşdə Gürcüstan həm evdə, həm də səfərdə eyni hesabla məğlub edilib – 3:0. Sloveniyaya səfərdə 0:3, evdə 2:3 hesabı ilə yenilən Avstriyanın isə 1 xalı var.

Qruplarda ilk 2 yerin sahibləri AÇ-2023-ə vəsiqə qazanacaq.

AÇ-2023-ün seçmə mərhələsi
D qrupu
28 avqust

18:00. Azərbaycan – Avstriya
Hakimlər: Meryem Tekol Pelenk (Türkiyə), Deyan Rogiç (Serbiya)
Bakı, Voleybol Mərkəzi.

Bənzər xəbərlər