featured-image-19592

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Səbail” klubunun akademiyasının koordinatoru Mirbağır İsayevin cəzasını azaldıb.

Msport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, paytaxt klubunun apellyasiya şikayəti qismən təmin edilib.

AFFA İntizam Komitəsi dekabrın 2-də Mirbağır İsayevin üç ay müddətinə futbol sahəsində çalışmasına qadağa qoyub. Apellyasiya Arbitraj Tribunalı bunu bir ay şərti olmaqla iki aylıq cəza ilə əvəzləyib.

Bənzər xəbərlər