featured-image-78656

UEFA tərəfindən AFFA-nın İntizam Komitəsinin “Turan Tovuz”un futbolçularının danışılmış oyunlarda iştirak etdiyinə görə futboldan uzaqlaşdırılması ilə bağlı 13 dekabr 2019-cu il tarixli qərarına istinad edilərək klubun UEFA Konfrans Liqasının 2026/2027-ci illər mövsümündə iştirak hüququ məsələsinə hüquqi qiymət verilməsi üçün iş UEFA-nın Apellyasiya Orqanına yönləndirilmişdi.

Msport.az xəbər verir ki, AFFA-nın rəsmi saytı bu haqda məlumat yayıb.

UEFA Apellyasiya Orqanının 2 iyun 2026-cı il tarixli qərarına əsasən, klub sözügedən turnirdə iştirak hüququndan məhrum edilmişdir.

 

Bənzər xəbərlər