featured-image-17032

AFFA İntizam Komitəsi I Divizonda mübarizə aparan “Zaqatala” klubuna internetə görə təyin olunmuş 60 manatlıq cəriməni ləğv edəcək.

Klubun prezidenti Musa Qurbanovun Msport.az saytına verdiyi məlumata görə, bu, bölgə təmsilçisinin deyil, matçın AFFA nümayəndəsi Mübariz Hüseynovun səhvi ucbatından baş verib:

“Cərimənin səbəbini araşdırdıq. Bizdə indiyədək hakimlər otağı üçün internet olub. Sonradan qərar çıxarıblar ki, “sky-box”lara da internet verilməlidir. Bunun isə bizə aidiyyatı yoxdur. Çünki stadionumuzda “sky-box” quraşdırılmayıb. Odur ki, ortaya belə bir anlaşmazlıq çıxıb. Bu isə birbaşa AFFA nümayəndəsinin günahıdır”.

Qeyd edək ki, “Zaqatala” – “Sumqayıt-2” matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bənzər xəbərlər