featured-image-1923

Portuqaliyanın Matosinhos şəhərində Karate1 Premyer Liqa turnirinə start verilib.

Msport.az xəbər verir ki, Tural Ağalarzadə (-67 kq) və Fərid Ağayev (-75 kq) yarışın medalları uğrunda döyüşəcək.

Ağayev finala yüksəlib, Ağalarzadə isə bürünc medal görüşünə çıxacaq. Mükafatlar uğrunda həlledici görüşlər 24 apreldə keçiriləcək.

Yarışın ikinci günü daha 6 idmançımız mübarizəyə qatılacaq.

Matosinhosda Karate1 Premyer Liqa turnirində 58 ölkədən 351 idmançı iştirak edir.

Bənzər xəbərlər