featured-image-78521

Yeni mövsüm üçün Azərbaycan 2-ci liqasına vəsiqə qazanmaq uğrunda pley-off görüşü keçirilib. 

Msport.az xəbər verir ki, Yevlax şəhər stadionunda “Biləsuvar” “Ağstafa Gəncləri” ilə üz-üzə gəlib.

Matç “Ağstafa Gəncləri”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, Ağstafa təmsilçisi növbəti mövsüm üçün 2-ci liqadakı yerini qoruyub.

Qeyd edək ki, ötən mövsüm “Ağstafa Gəncləri” 2-ci Liqanı 11-ci pillədə başa vurub. “Biləsuvar” isə Region Liqasında üçüncü olub.

29 may (cümə) 

2-ci liqa uğrunda pley-off oyunu 

16:00. “Biləsuvar” – “Ağstafa Gəncləri” – 0:3

Qollar: Ə.Bağırov, 9, A.Tağıyev, 45+2, E.Hüseynov, 47
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Ruslan Quliyev
Yevlax şəhər stadionu

Bənzər xəbərlər