featured-image-6446
Bu gün Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) İdarə Heyətinin növbəti iclası keçirilib.
Msport.az təşkilatın rəsmi saytına istinadən xəbər verir ki, iclasda AİJF prezidenti Qabil Mehdiyevin, vitse-prezident Mahir Rüstəmlinin, İdarə Heyətinin üzvləri Cəmaləddin Rəhmanov, Fərid Mansurov və Ellada Mustafayevanın istefaları səsvermə ilə qəbul edilib.
Bundan başqa, 2 iyul 2022-ci il tarixində AİJF rəhbərliyinə və İdarə Heyətində boş qalan yerlərə seçkilər məqsədilə təşkilatın növbədənkənar seçki konfransının keçirilməsi barədə qərar qəbul edilib.

Bənzər xəbərlər