featured-image-25489

Azərbaycan Premyer Liqasının 27-ci turunun “Qəbələ” – “Şamaxı” oyunundan (2:0) sonra meydan sahblərinin baş məşqçisi Elmar Baxşıyev matçı dəyərləndirib. Msport.az xəbər verir ki, o, CBC Sport-a açıqlamasında dubl edən Əyyub Allaş barədə də fikirlərini bildirib:

“Düşünürəm ki, yaxşı, dinamik oyunun şahidi olduq. İtkilər var idi, cinah müdafiəçilərimiz görüşü buraxırdılar. Amma onların yerini Rövlan Muradovla Məqsəd İsayev layiqincə doldurdu. Oyun baxımından daha yaxşı ola bilərik. Çoxlu epizodlar yaratdıq. Lakin dəyərləndirmədə bir az “axsayırdıq”. Komandadan razı qaldım. Düşünürəm ki, daha yaxşı olacaq”.

Baxşıyev çempionatda 4-cü yeri tutmaq perespektivlərini belə dəyərləndirib: “Zirə” xal itirdi, biz mütləq qazanmalıyıq” deyə bir anlayış yoxdur komandada. Daha çox öz oyunumuzu düşünürük. Öz oyunumuzu inkişaf etdirmək istəyirik. Bilirik ki, “iki cəbhə”də çıxış edəcəyik və ağır qrafikimiz olacaq. Yenə təkrar edirəm, komandama inanıram. İnanıram ki, hər iki “cəbhə”də layiqincə mübarizə aparacaqlar”.

42 yaşlı mütəxəsis “Şamaxı” ilə matçda dubl edən Əyyub Allaş və zədədən sonra meydana qayıdan Yaovi Akakpo haqqında da fikirlərini bildirib:

“Akakpo zədədən sonra təzə-təzə yükləməni almağa başlayır. Düşünürəm ki, getdikcə daha yaxşı çıxış edəcək. Allaşın potensialı var, amma hələ tam istədiyimi ondan ala bilmirəm. Komandaya yeni qoşulub, “Qəbələ”nin oyun üslubunu mənimsəməyi önəmlidir. Bizə faydası dəyəcək, qarşıdakı turlarda oyun baxımından özünü daha rahat hiss edən Allaş görə bilərik”.

AYXAN  

Bənzər xəbərlər