Almaniya niyə uğursuz çıxış etdi? Futbolçuların xanımlarının 2 gün oteldə qalması səbəb göstərilir
Almaniya Qətər-2022-dəki uğursuzluğun səbəblərini tapmağa çalışır.
Msport.az “Bild”ə istinadən xəbər verir ki, Almaniya Futbol İttifaqının (DFB) sədri Bernd Noyendorf və vitse-prezident Hans-Yoahim Vatske arasında iki saata yaxın keçirilən görüşdə millinin mundialdakı çıxışı müzakirə olunub.
Fiaskonun səbəblərindən biri kimi yığmanın üzvlərinin qaldığı otelə onların dostlarının, həmçinin ailə üzvlərinin gəlməsi göstərilib.
İspaniya ilə oyundan (1:1) sonra Almaniya millisinin futbolçuları otelə həyat yoldaşlarını və uşaqlarını dəvət ediblər. Onlara 2 gecə oteldə qalmağa icazə verilib.
Xanımların otelə gəlməsi DFB nümayəndələri ilə yığma işçiləri, həmçinin oyunçular arasında fikir ayrılığı yaradıb.
DFB rəhbərliyi meydanda və meydandan kənarda baş verənlərə görə heyrətə gəliblər.