Amerikalı basketbolçu: “Azərbaycanı çox sevirəm”
“Azərbaycandakı karyeram əladır”.
Msport.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın ABŞ-dan olan basketbolçusu Derrik Nyuton klubun rəsmi saytına açıqlamasında deyib.
O, Azərbaycanı çox sevdiyini bildirib: “Yeməklərinizi çox bəyənirəm. Sumqayıtda özümü rahat hiss edirəm. Ümumiyyətlə, Azərbaycanı çox sevirəm. Bakı isə tamam başqa aləmdir. Boş vaxtlarımda televiziya proqramlarını izləyir, restoranlara baş çəkirəm. Bəzən isə “PlayStation” oynayıram”.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında B qrupunda 3 turdan sonra 3 xal toplayan “Sumqayıt” sonuncu sırada qərarlaşıb.