featured-image-78630
Yeni mövsümlə bağlı çalışmalarını davam etdirən “Araz-Naxçıvan” 10 futbolçu ilə yollarını ayırıb.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb,
Müqaviləsi başa çatan Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriques, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala ilə yeni anlaşma imzalamayıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Slavik Alxasov, Ömər Buludov və Tərlan Əhmədli ilə müqavilənin müddətini uzadıb.

Bənzər xəbərlər