"Araz-Naxçıvan"da yeni müqavilə - RƏSMİ
Transfer çalışmalarına başlayan “Araz-Naxçıvan” müqaviləsi başa çatan Tərlan Əhmədli ilə yeni anlaşma imzalayıb.
Msport.az xəbər verir ki, qapıçı növbəti mövsümdə də Naxçıvan təmsilçisinin uğurları üçün çalışacaq. Onunla anlaşmanın müddəti 1 illikdir.
Qeyd edək ki, T. Əhmədli 2024-cü ilin yayından “Araz-Naxçıvan”da çıxış edir.







