featured-image-29912

Futzal üzrə Azərbaycan çempionatında 2022/2023 mövsümünün qalibi müəyyənləşib.

Msport.az xəbər verir ki, finalda “Araz-Naxçıvan” və “Neftçi” komandaları qarşılaşıblar. Bakı İdman Sarayında keçirilən matç Naxçıvan təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, “Araz Naxçıvan” tarixində 17-ci dəfə Azərbaycan çempionu olub.

“Baku Fire” 3-cü yer uğrunda görüşdə “Record club”u 23:3 hesabı ilə məğlub edərək bürünc medallara sahib olub.

Bənzər xəbərlər