featured-image-18956

Futbol üzrə Azərbaycan I Divizionunda 15-ci tura yekun vurulub.

Msport.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.

“Şamaxı” ilə “Zirə”nin əvəzedicilərinin oyununda meydan sahibləri qalib gələn tərəf olub. “Kəpəz”in ikinci komandası da “Sumqayıt”ın əvəzedicilərini məğlub yola salıb. “Mingəçevir” səfərdə “Səbail”in əvəzedici komandasına 3 cavabsız qolla uduzub. Lider “Araz Naxçıvan” isə “Zaqatala” ilə səfər oyununda xalsız qalıb.

I Divizion
15-ci tur

17 dekabr

Şamaxı-2 – Zirə-2 2:1
Qol: Emil Qasımov, 18. Bəhruz Teymurov, 60 – Tuncay Hacıyev, 87.
Hakimlər: Elvin Bayramov, Rasim Axundov, Gülnurə Əkbərzadə, Şamil İmanzadə
Şamaxı şəhər stadionu, 14:00

Kəpəz-2 – Sumqayıt-2 3:1
Qol: Rauf Əliyev, 31; 89. Nicat Məmmədov, 54 – Said Əliyev, 2.
Hakimlər: Kamran Əliyev, Orxan İbişov, Zakir Şükürzadə, Kamil Aydınov
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00

Zaqatala – Araz Naxçıvan 2:1
Qol: Roini İsmayılov, 73. Emin Quliyev, 80 – Bayraməli Qurbanov, 8.
Hakimlər: Namiq Bəkirov, Kərim Zeynalov, Taleh Məmmədov, Mahmud Bağırzadə
Zaqatala OİK stadionu, 14:00

Səbail-2 – Mingəçevir 3:0
Qol: Balamirzə Soltanov, 1. Elvin Valiiev, 30. Zeynəddin Abdurahmanov, 66.
Hakimlər: Tural İbrahimov, Rəhman Aslanov, Aydın Bəxşiyev, Kamranbəy Rəhimov
“ASCO Arena”, 15:00

Turun əvvəlki oyunlarında qeydə alınan nəticələr:

Qarabağ-2 – Qəbələ-2 1:1
Neftçi-2 – MOİK 1:2
İmişli – Turan Tovuz-2 1:0

Bənzər xəbərlər