Arsen Venger İnfantinonun rəqibi ola bilər
“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger FİFA prezidenti seçkilərində Canni İnfantinonun rəqibi ola bilər.
Msport.az xəbər verir ki, gələn il martın 18-də keçiriləcək seçkilərdə hələ ki, yalnız İnfantino namizədliyini irəli sürüb.
FİFA prezidentinin əlehidarları ümid edirlər ki, noyabrın 18-ə kimi (namizəddliyi irəli sürmək üçün son tarix) nüfuzlu şəxslər öz namizədliyini verəcək. Onlardan bəziləri Arsen Vengeri razı salmaq istəyir ki, namizədliyini irəli sürsün. Fransalı mütəxəssis hazırda FİFA-da Futbolun Qlobal İnkişafı Departamentinin rəhbəri vəzifəsində çalışır.
2016-cı ildə İnfantinonun rəqibi olmuş İordaniya şahzadəsi Əli bin ƏL-Hüseynin də namizədliyini verəcəyi istisna olunmur.







