"Artıq böyümüşəm və evdən getmək vaxtıdır" - Rövlan Muradov
“Qəbələ” ilə yollarını ayıran Rövlan Muradov klubla və azarkeşlərlə vidalaşıb. Msport.az xəbər verir ki, 25 yaşlı futbolçu bununla bağlı sosial şəbəkədə paylaşım edib:
“Əziz Dostlar, Bu gün 10 ildir evim kimi hiss etdiyim “Qəbələ” klubundan ayrılıram.. 10 il ərzində futbol biliklərimi artırdıqca, həm də gözəl kollektivlə birgə özümü hər zaman “Qəbələ” ailəsinin bir üzvü kimi hiss etdim.. Bu müddət ərzində bir çox uğurlara birgə imza atdıq.. Futbol kariyeramın gözəl və mənalı günlərini burada keçirdim..
U-15 komandasından başlayaraq bütün məşqçilər heyətinə təşəkkür edirəm..Peşəkar futbolçu kimi yetişməyimdə “Qəbələ” futbol klubunun danılmaz əməyi var..
Lakin artıq böyümüşəm və evdən getmək vaxtıdır.. Kariyeramı növbəti pilləyə daşımaq, daha da inkşaf etmək və yeni uğurlarımla sizi sevindirmək üçün sevimli komandamı tərk edirəm. Bu yolda mənə dəstək olan Rəhbərliyə: Fariz Nəcəfova , Nail Kərimova, mənə hər zaman güvənən məşqçimiz Elmar Baxşıyevə, əziyyətimi çəkən digər idarə heyəti üzvlərinə, komanda yoldaşlarıma, azarkeşlərimizə dərin minnətdarlığımı bildirirəm.. Hər biriniz yoluma işıq oldunuz! Yaxşı ki, yolum Qəbələdən keçdi.. Görüşənədək







