Astarada beynəlxalq turnir
Basketbolun 3×3 növü üzrə Dünya Qadın Seriyasının oyunlarına Azərbaycan ev sahibliyi edəcək. Msport.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 20-də Astara Olimpiya Kompleksində başlayacaq turnir iki gün davam edəcək.
Yarışda Azərbaycan yığması ilə yanaşı Almaniya, Çin, Polşa, Çexiya, Macarıstan, Rumıniya, Ukrayna və Avstriya komandaları da iştirak edəcəklər. Bundan əlavə, Çinin “Yuanda” və yerli “Neftçi” klubu da Dünya Qadın Seriyasında mübarizə aparacaq.
Qeyd edək ki, FİBA tərəfindən 3×3 basketbol üzrə Dünya Qadın Seriyasında milli komandalarla yanaşı klubların da iştirak etməsinə icazə verilir.