featured-image-13013

Qadın və kişi voleybolçular arasında Çempionlar Liqasının 2022/23 mövsümünün püşkatma mərasimi keçirilib.

Msport.az xəbər verir ki, sentyabrın 16-da Belçikanın paytaxtı Brüsseldə təşkil olunan tədbirdə Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərov da iştirak edib.

Püşkün nəticəsinə əsasən qadın və kişilərdən ibarət komandalar hərəsində 4 klub olmaqla 5 qrupa bölünüblər.

Tədbirdə həmçinin ötən mövsümün ən yaxşı voleybolçuları, çimərlik voleybolçuları və məşqçilərinin adları açıqlanıb, onlara xüsusi mükafat təqdim olunub.

Qeyd edək ki, yeni mövsümdə ölkəmiz Çempionlar Liqasında təmsil olunmayacaq. Azərbaycan avrokubokda iki klubla (kişilərdə “Murov”, qadınlarda “Azərreyl”) təmsil olunacaq. Hər iki komandamız Çağırış kubokunda mübarizə aparacaq.

Bənzər xəbərlər