featured-image-21199

Azərbaycan Voleybol Federasiyasının (AVF) baş koordinatoru Zöhrab Gözəlbəyli Avropa Voleybol Konfederasiyasından yeni təyinat alıb.

Msport.az xəbər verir ki, o, kişi voleybolçular arasında Çelenc Kubokunun 1/4 final matçının supervayzeri təyin edilib.

Federasiya rəsmisi yanvarın 26-da Buxarestdə Rumıniyanın “Styaua” və Yunanıstanın “Olimpiakos” komandaları arasındakı qarşılaşmada hakimlərin işinə qiymət verəcək.

Xatırladaq ki, görüşün ədalət təmsilçiləri niderlandlı Mark Yan Vinstra və italiyalı Mitsele Brunelli olacaq.

Bənzər xəbərlər