featured-image-78555

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyununa bu axşam çıxacaq.

Msport.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda Qazaxıstan ilə üz-üzə gələcək.

Matç “Tipos Arena”da, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Bu gün həmçinin 1/8 finalda Rumıniya – Avstriya, Yunanıstan – Serbiya, Çexiya – Monteneqro görüşləri baş tutacaq.

Azərbaycan – Qazaxıstan cütünün qalibi 1/4 finalda Çexiya – Monteneqro duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, Avropa çempionatı iyunun 4-də başa çatacaq. Azərbaycan millisi daha əvvəl Avstriya (1:0), İtaliya (3:2) və Fransanı (3:2) məğlub edərək F qrupunun lideri olub.

Bənzər xəbərlər