featured-image-12453

Avstriyanın Qrats şəhərində 3×3 basketbol üzrə Avropa Kubokunun final mərhələsi start götürüb.

Msport.az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığması D qrupunun ilk matçında Belçika seçməsi ilə qarşılaşıb.

Endər Poladxanlı, Zaur Paşayev, Amil Həmzəyev və Cəbrayıl Əkbərovdan ibarət kollektiv bu rəqibə minimal hesabla uduzub – 13:14.

Komandamız ikinci matçında Niderland seçməsi ilə qarşılaşıb. Azərbaycan yığması bu görüşdə böyük fərqlə uduzub – 6:22.

Beləcə, qrup sonuncusu olan Azərbaycan millisi 1/4 finala yüksələ bilməyib.

Avropa Kubokuna sentyabrın 11-də yekun vurulacaq.

Bənzər xəbərlər