featured-image-19809

Avropa ölkələrinin milli çempionatlarında cari mövsümün məğlubiyyət tanımayan komandalarının yeni siyahısı açıqlanıb.

Msport.az xəbər verir ki, hazırda cari mövsüm davam edən daxili birinciliklərdə uduzmayan cəmi 6 komanda qalıb.

Onlardan biri də Azərbaycan çempionu “Qarabağ”dır. Ağdam təmsilçisi Premyer Liqada keçirdiyi 18 oyunun 16-da qələbə qazanıb, 2-də heç-heçə etməklə siyahının ikinci sırasında özünə yer edib. Ağdam təmsilçisini qələbə sayında yalnız Serbiya təmsilçisi “Srvena Zvezda” qabaqlayır. Adıçəkilən komanda “köhlən atlar”dan bir oyun çox keçirib və aktivində də 1 qalibiyyət çoxdur.

Ən son Fransa nəhəngi PSJ Liqa 1-in 17-ci turunda səfərdə “Lans”a yenilərək (1:3) məğlubedilməzlər siyahısını tərk edib. Bu üzdən də yeni siyahıda “böyük beşlik”dən yalnız bir komanda – “Napoli” qalıb.

1. “Srvena Zvezda” (Serbiya) – 17 qələbə, 2 heç-heçə

2. “Qarabağ” (Azərbaycan) – 16 qələbə, 2 heç-heçə

3. TNS (Uels) – 15 qələbə, 3 heç-heçə

4. “Napoli” (İtaliya) – 13 qələbə, 2 heç-heçə

5. “Panatinaikos” (Yunanıstan) – 12 qələbə, 3 heç-heçə

6. “Atletik Eskaldes” (Andorra) – 8 qələbə, 6 heç-heçə

Bənzər xəbərlər