featured-image-25551

Milli komandamız AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində martın 24-də Avstriya, 27-də isə İsveçlə qarşılaşacaq. Canni de Byazinin açqladığı heyətdə 3 qapıçı var. Seçmə komandamızın “1-ci nömrəsi” Şahruddin Məhəmmədəliyev zədələndiyindən qarşıdakı oyunlara çağırılmayıb.

Hazırda ən çox sual doğuran məqam Avstriya və İsveçə qarşı çərçivənin kimin qoruyacağıdır. İtaliyalı mütəxəssis “Səbail”dən Emil Balayev, “Qəbələ”dən Səlahət Ağayev və “Sabah”dan Yusif İmanova dəvət göndərib. Hər 3 qolkiper hazırda klublarında daim çıxış edirlər.

20 yaşlı Yusif İmanov Murad Musaevin kəşflərindəndir, rusiyalı mütəxəssis onu “Sabah”ın əsas qapıçısı etdi. Səlahət və Emilin Yusifə nisbətən beynəlxalq təcrübəsi çoxdur. Bu baxımdan da De Byazi qapını birdən-birə İmanova tapşırmağa risk etmir.

Lakin Msport.az-ın əldə etdiyi məlumata görə, millimizin qapıçılar üzrə məşqçisi Kamran Ağayev De Byaziyə Yusifə güvənməsini istəyib. O, “Sabah”ın qapıçısının əla mövsüm keçirdiyini, çərçivədə kifayət qədər inamlı olduğunu deyib. Ağayev nə vaxtsa, gənclərin də oynamalı olduğunu vurğulayıb. O, hətta özünün millidəki debütünü də xatırlayııb: “2008-də Uelslə matçda (0:1) debüt edəndə digər qapıçılar zədəli olduğu üçün Berti Foqts məni əsas heyətdə oynatdı. Özümü yaxşı tərəfdən göstərdim və o vaxtdan millinin əsas qapıçısına çevirildim. İndi Yusifə də belə şans yaratmaq lazımdır”.

De Byazi hələ ki qapıçı seçimi ilə bağlı yekun qərar verməyib. O, təlim-məşq toplanışından sonra fikirini açıqlayacağını deyib.

AYXAN 

Bənzər xəbərlər