Avstriyalı futbolçu millimizi autsayder adlandırdı
“Artıq seçmə mərhələyə başlamağın vaxtıdır”.
Msport.az saytının məlumatına görə, bunu Avstriya yığmasının futbolçusu Maksimilian Vöber AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun barədə yerli mətbuata açıqlamasında deyib.
İngiltərənin “Lids Yunayted” klubunda çıxış edən 25 yaşlı müdafiəçi gələn Almaniyada təşkil olunacaq Avropa çempionatına vəsiqə qazanmağın önəmli olduğunu bildirib: “Final mərhələsinə çıxmaq hamı üçün xoş olacaq. Ümid edirəm ki, gələn il televizorun qarşısında oturub “Biz necə də axmağıq” deyə düşünməyəcəyik. Bunun üçün Azərbaycan və Estoniya kimi autsayderləri məğlub edib, tsiklə uğurlu start vermək, Belçika və İsveç üzərində qələbə qazanmaq çox vacibdir”.
Qeyd edək ki, Avstriya – Azərbaycan oyunu martın 24-də keçiriləcək.
CAHİD