featured-image-28670

Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının hakimləri açıqlanıb.

Msport.az xəbər verir ki, bu gün keçiriləcək “Neftçi” – “Turan Tovuz” matçında əsas söz sahibi Fərid Hacıyev olacaq. Hələ bir neçə gün öncə Qərb klubunun rəsmiləri mətbuata verdikləri açıqlamalarda hakimlikə bağlı narahatlıqlarını ifadə etmişdilər. Maraqlıdır ki, AFFA Hakimlər Komitəsi FİFA referisi Əliyar Ağayevi daha az gərginlik vəd edən “Səbail” – “Qəbələ” oyununa təyin edib. Mərhələnin ən prinsipial və maraqlı matçını isə gənc Fərid Hacıyev idarə edəcək.

Hacıyev bu mövsüm Tovuz klubunun yalnız bir oyununda baş hakim olub. Azərbaycan Premyer Liqasının 19-cu turunun “Turan Tovuz” – “Qarabağ” görüşündə  (2:3) meydan sahibləri idarəçilikdən razı qalmamışdılar. Hacıyev oyunun gedişində etirazlara görə Qərb təmsilçisinin baş məşqçisi Ayxan Abbasova sarı vərəqə göstərmişdi. Oyundan sonra Abbasov CBC Sport-a verdiyi açqlamada hakimin “Qarabağ”ın adına görə bəzi futbolçulara güzəştə getməsini qabartmışdı.

Fərid Hacıyev “Neftçi” üçün daha tanış hakimdir, deyə bilərik. Gənc referi cari mövsümdə “ağ-qaralar”ın 4 oyununu idarə edib.  O, 3-cü turda “Sabah” – “Neftçi” matçında (2:1) meydan sahiblərinin xeyrinə penalti təyin etsə də, Sebalyos şansını boşa vermişdi.

15-ci turda Fərid Hacıyev “Neftçi” – “Səbail” görüşündə (3:1) iş başında oldu və bu dəfə qonaqların qapısına 2 penalti verdi.

22-ci turda heç kimin yadında qalmayan, darıxdırıcı oyunlardan “Qəbələ” – “Neftçi” görüşündə də (0:0) Hacıyev iş başında olub.

26-cı tur “Şamaxı” – “Neftçi” (0:1) qarşılaşmasını da məhz F.Hacıyev idarə edib.

Hacıyevlə bağlı ən böyün narazılıq Premyer Liqanın 27-ci turunda “Zirə” – “Sabah” oyunundan (0:2) sonra yaranmışdı. Qonaqların müdafiəçisi Amin Seydiyev iki dəfə rəqib futbolçuya qarşı kobud oynasa da, sarı vərəqə ilə canını qutarmışdı. Halbuki elə birinci epizodda Lukoviçə qarşı kobudluğa görə Seydiyevə qırmızı vərəqə göstərmək olardı.

 

AYXAN 

Bənzər xəbərlər