Azərbaycan Basketbol Liqası: "Gəncə" Bakıda qalib gəldi
Azərbaycan Basketbol Liqasında (ABL) XXIV tura yekun vurulub. Msport.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub.
Günün ilk matçında “Zirvə Astara” NTD-yə məğlub olub – 92:112
Ən məhsuldar basketbolçular “Zirvə Astara”dan Darin Conson (30 xal, 6 ribaund), NTD-dən isə Brayson Robinson (17 xal, 8 asist) olub.
Turun son oyununda “AAAF Xırdalan” və “Gəncə” üz-üzə gəliblər. Qərb klubu 94:83 hesabı ilə qələbə qazanıb.
Ən məhsuldar basketbolçular “AAAF Xırdalan”da Deymon Makdouel (21 xal, 4 ribaund), “Gəncə”də isə Amil Həmzəyev (24 xal, 6 ribaund) olub.