featured-image-30783

Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) “Sabah” və “Gəncə” komandaları arasında final seriyasının sonuncu – beşinci oyunu olub.

Msport.az xəbər verir ki, matçın əsas vaxtında qalib müəyyənləşməyib və qarşılaşma əlavə vaxta gedib.

“Sabah” gərgin oyunun yekununda “Gəncə” üzərində 86:85 hesablı qələbə qazanıb. Final seriyasında 3:2 hesablı qələbə qazanan “Sabah” komandası Azərbaycan Basketbol Liqasında 2022/23-cü illər mövsümünün çempionu olub.

Final seriyasının ən dəyərli oyunçusu (MVP) amerikalı Entoni Patti seçilib. Ən məhsuldar basketbolçular “Sabah”dan Entoni Patti (24 xal, 13 ribaund), “Gəncə”dən Kollin Törner (26 xal, 11 asist) olublar.

Bənzər xəbərlər