featured-image-29525

Azərbaycan Basketbol Liqasında pley-off oyunları davam edir. Msport.az xəbər verir ki, “Sabah” və “AAAF Xırdalan” komandaları ikinci oyunda üz-üzə gəliblər.

“Sərhədçi” İdman Mərkəzində keçirilən matçda yenə də “Sabah” komandası qələbəyə sevinib – 83:77. Ümumi seriyada hesab 2:0 “Sabah”ın xeyrinə olub.

“Sabah”ın oyunçusu Entoni Patti 25 xal yığıb.

Sabah saat 15:00-da “Gəncə” və “NTD” klubları qarşılaşacaqlar.

Komandalar iki qələbəyə qədər oynayırlar.

Bənzər xəbərlər