featured-image-49011

Növbəti mövsümdən Azərbaycan Basketbol Liqasında komanda sayı artırıla bilər.

Msport.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının icraçı direktoru Anar Rza jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yeni mövsümdə Azərbaycan çempionatında 12 komanda mübarizə apara bilər: “Bununla bağlı iyunun 5-də federasiya ilə klublar arasında görüş olacaq. Burada legioner limiti və komanda sayı barədə də müzakirələr aparılacaq. Əgər klub sayı artsa, I Liqa yaradılacaq. Əlbəttə istəyərik ki, region komandası da siyahıda olsun. Bunu görüşdən sonra daha dəqiq biləcəyik”.

Bənzər xəbərlər