featured-image-48005

Azərbaycan Basketbol Liqasının final seriyasında qarşılaşacaq son çempion “Sabah” və debütant “Xəzri” komandaları arasında oyunların tarixi dəqiqləşib.

Msport.az xəbər verir ki, ilk görüş mayın 16-da “Sərhədçi” İdman Mərkəzində keçiriləcək.

Seriyanın ikinci qarşılaşması mayın 19-da, üçüncü oyunu isə 22-də olacaq. Final seriyasında qarşılıqlı qələbələr olarsa, 4-cü və 5-ci matçlara ehtiyac duyulacaq. Oyunlar müvafiq olaraq, mayın 24 və 28-də reallaşacaq.

Qeyd edək ki, bütün matçlar saat 19:30-da başlayacaq. Final seriyasında 3 qələbəyə ən tez çatan komanda isə çempion olacaq.

Bənzər xəbərlər