Azərbaycan Basketbol Liqasında müntəzəm mövsüm yekunlaşdı
Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının sonuncu – 28-ci turu çərçivəsində keçirilən iki oyun ilə müntəzəm mövsümə yekun vurulub.
Msport.az xəbər verir ki, günün ilk matçında “Sabah” və “Olimpik Şəki” komandaları üz-üzə gəlib.
Bu oyunda “Sabah” basketbolçuları 105:80 hesablı qələbə qazanaraq müntəzəm mövsümün lideri kimi pley-offda “AAAF Xırdalan” ilə üz-üzə gələcəklər. Ən məhsuldar basketbolçular “Sabah”dan Kalin Kreyn (17 xal, 6 ribaund), “Olimpik Şəki”dən isə Endryu Uitset (29 xal, 8 ribaund) olublar.
Günün son görüçündə NTD və “Neftçi” basketbolçuları qarşılaşıblar. Bu matçda isə 101:89 hesabı ilə qalib gələn NTD pley-off mərhələsinə 2-ci pillədən daxil olub. NTD “Gəncə” komandasına qarşı pley-off oyunlarında ev üstünlüyünü ələ keçirib.
Ən məhsuldar basketbolçular NTD-dən Zek Hadson (20 xal, 10 ribaund), “Neftçi”dən isə Mohsen Moradxani (24 xal, 13 ribaund) olublar.