featured-image-26484

İlk dəfə olaraq qadın basketbolçular arasında Azərbaycan Kuboku baş tutacaq.

Msport.az xəbər verir ki, zərif cinsin nümayəndələri arasında ilk dəfə təşkil olunacaq turnir aprelin 3-də start götürəcək.

“BBA”, “ALOV”, “PH” və “AZE U-16” komandalarının iştirak edəcəyi ölkə kubokunda oyunlar dairəvi sistemdə keçiriləcək və turnir cədvəlində ilk iki yeri tutmuş komandalar finala vəsiqə qazanacaqlar. Həlledici qarşılaşma aprelin 10-da oynanılacaq.

Qeyd edək ki, basketbol üzrə Azərbaycan Kubokunun bütün oyunları Texniki Universitetin idman zalında olacaq və federasiyanın rəsmi “youtube” hesabından canlı yayımlanacaq.

Bənzər xəbərlər