featured-image-50029

Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib.

Msport.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 2012-ci il və daha kiçik təvəllüdlü idmançılar mübarizə aparır.

Üç gün davam edəcək birincilikdə paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Salyan, Şirvan, Quba, Qobustan, Şamaxı, Şabran, Qax və Şəkidən ümumilikdə 100-dən artıq stolüstü tennisçi qüvvəsini sınayır. İştirakçılar şəxsi, qoşa və qarışıq-qoşa növlərində bacarıqlarını nümayiş etdirirlər.

Ölkə birinciliyində fəxri kürsüyə yüksələn idmançılara Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunacaq.

Bənzər xəbərlər