Azərbaycan birinciliyi keçiriləcək
Dekabrın 23-də 16 yaşadək voleybolçu qızlar arasında Azərbaycan birinciliyinə start veriləcək.
Msport.az xəbər verir ki, yarışda 18 komanda iştirak edəcək.
Reqlamentə əsasən, komandalar bir dövrədən ibarət olmaqla iki qrupda mübarizə aparacaqlar. Daha sonra pley-off mərhələsi təşkil olunacaq.
Birincilikdə mübarizə aparacaq komandalar qruplar üzrə aşağıdakı kimi bölünüb:
A qrupu: “Ryuga”, “Aura”, “Azərreyl-1”, “Azərreyl-3”, “Xarı Bülbül-2”, “Abşeron”, “Sumqayıt”, “Lokomotiv”, “Milli Aviasiya Akademiyası”.
B qrupu: “Azərreyl-2”, “Azərreyl-4”, “Xarı Bülbül-1”, “Dinamo”, “Murov Az Terminal”, “İlkin klubu”, “Xəzri”, “Zəngəzur”, “Bakı klubu”.
I turun oyunları
23 dekabr
A qrupu
11:00. “Azərreyl-3” – “Azərreyl-1”
24 dekabr
10:00. “Aura” – “Lokomotiv”
11:00. “Xarı Bülbül-2” – “Sumqayıt”
11:30. “Abşeron” – “Milli Aviasiya Akademiyası”
B qrupu
12:30. “Murov Az Terminal” – “Bakı klubu”
13:00. “Azərreyl-4” – “Xarı Bülbül-1”
14:00. “Zəngəzur” – “Dinamo”
Qeyd edək ki, görüşlər Azərbaycan Voleybol Federasiyasının və UNEC-in idman zalında keçiriləcək.