Azərbaycan birinciliyinin mükafatçıları
Bilyardın “Pool 9” növü üzrə ölkə birinciliyi keçirilib.
Msport.az xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Bilyard Federasiyası tərəfindən dəstəklənən yarış 12-19 yaş qrupları arasında təşkil olunub.
Ən gənc bilyard ustaları arasında keçən bu gərgin mübarizənin nəticələrinə əsasən, qaliblər müəyyənləşib. Ədalət Məmmədov bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb. Rəvan İbrahimli gümüş, Abbas Cəfərov və Süleyman Babayev isə bürünc medal qazanıb.
Qeyd edək ki, turnir gənclərin idmana olan marağını artırmaq və onların bacarıqlarını üzə çıxarmaq məqsədilə təşkil edilib.