Azərbaycan – Bosniya və Herseqovina matçının stadionu açıqlandı
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının evdə Bosniya və Herseqovinaya qarşı keçirəcəyi dünya çempionatının seçmə mərhələ oyununun stadionu açıqlanıb.
Msprot.az xəbər verir ki, qarşılaşma sentyabrın 6-da “Dalğa Arena”da oynanılacaq.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Görüşün başlama saatı hələlik bəlli deyil.