featured-image-46134

Aprelin 5-də stolüstü tennis üzrə Azərbaycan çempionatı başlayacaq.

Msport.az, “Şüa” İdman Kompleksində keçiriləcək yarışa ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən idmançılar qatılacaqlar.

İştirakçılar komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərində mübarizə aparacaqlar. 4 gün davam edəcək turnirdə fərqlənənlərə Gənclər və İdman Nazirliyinin medal və diplomları, həmçinin Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan çempionatına aprelin 8-də yekun vurulacaq.

Bənzər xəbərlər