featured-image-1601

Bu gün güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib.

Msport.az xəbər verir ki, FHN İdman Sağlamlıq Mərkəzində keçirilən yarışın ilk günündə 45, 51, 60, 71 və 92 kq-da yer alan sərbəst güləşçilər mübarizə aparıb.

Təsəlliverici görüşlər başa çatdıqdan sonra çempionatın açılış mərasimi keçirilib. Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü, sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Namiq Abdullayev çıxış edərək son 1 ayda Avropa çempionatlarında qazanılan uğurlara toxunmaqla yanaşı, yeniyetmə güləşçilərə gələcəkdə Avropa, dünya və olimpiya çempionu olmalarını arzulayıb. Olimpiya çempionu yarışı açıq elan etdikdən sonra dövlət himni səsləndirilib.

Açılış mərasimi başa çatdıqdan sonra 5 çəki üzrə medalçılar müəyyənləşib:

45 kq
1. Sadiq Hüseynov (Gəncə)
2. Muhəmməd İsmayılov (MOİK)
3. Büsat Rəsulov (Abşeron-Zirvə), Ülvi Heydərli (ROİL)

51 kq
1. Elman Ağayev (Təhsil)
2. Sədrəddin Həsənov (MOİK)
3. Hacı Kərimov (Abşeron-Neftçi), Hüseyn Hüseynov (Pəhləvan)

60 kq
1. Musa Ağayev (Zenit-Astara)
2. Ağa Qasımov (Neftçi)
3. Fariz Tahirov (Qəbələ), Sübhan Səfərli (Göyçay)

71 kq
1. Ağanəzər Novruzov (Neftçi)
2. Vasif Xudiyev (Abşeron-Neftçi)
3. Kəlbəxan Bakdəmirov (Şamaxı), Omar Gülməmmədov (Neftçi)

92 kq
1. Rəvan Musayev (Olimpsport)
2. Yusif Dursunov (Ağstafa)
3. Namiq Babayev (Masallı), Sabir Vəliyev (Qazax)

Bənzər xəbərlər