Azərbaycan çempionatında bu komandalar mübarizə aparacaq
2022/23 mövsümündə həndbol üzrə Azərbaycan çempionatlarında iştirak edəcək komandalar bəlli olub.
Msport.az xəbər verir ki, kişilərin mübarizəsində “Bakı”, “Təhsil”, “Məhsul”, “İdman Akademiyası”, “Dinamo”, RİOEUGİM və U-16, qadınların yarışında “Azəryol”, “Qarabağ”, “İdman Akademiyası”, “Azərsu” və U-16 medallar uğrunda mübarizə aparacaq.
Bu gün ölkə çempionatının püşkatma mərasimi də keçirilib. Tədbirdə federasiyanın məsul işçiləri və komandaların baş məşqçiləri iştirak ediblər. Əvvəlcə yarışın direktoru İsgəndər Əsgərov mövsümün noyabrın 12-dən aprelin 30-dək “AHF Arena”da baş tutacağını bildirib. O, yarışın dairəvi üsulla dörd dövrədən ibarət olacağını diqqətə çatdırıb. Həmçinin çempionatın reqlamenti, qaydalardakı son dəyişikliklər, oyun cədvəli və digər məsələlər barədə məlumat verilib.