featured-image-23125

Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatında növbəti oyunların keçiriləcəyi vaxt bəlli olub.

Msport.az xəbər verir ki, Yüksək Liqada 8-ci turun qarşılaşmaları fevralın 17-də təşkil olunacaq.

Həmin gün meydana ilk olaraq “Neftçi” və “Xarı bülbül” klubları çıxacaqlar. Bu oyuna saat 16:00-da start veriləcək.

Günün ikinci matçı MOİK və “Murov” kollektivləri arasında olacaq. Bu görüş saat 18:00-da başlanacaq.

Qeyd edək ki, hər iki qarşılaşma Voleybol Mərkəzində keçiriləcək.

Bənzər xəbərlər